Astarada tapılan raket kompleksi partladılaraq zərərsizləşdirilib
Bu gün səhər saatlarında Sərhəd Qoşunlarının naryadı tərəfindən Astara rayonunun Kələdəhnə kəndi ərazisində, Xəzər dənizinin sahilində sovet dövründən qalma 1 ədəd “Faqot” tipli tank əleyhinə raket kompleksi tapılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Sərhəd və Daxili Qoşunların əməkdaşları cəlb olunublar. Əraziyə baxış keçirilərkən məlum olub ki, kompleksin içərisində bir ədəd mərmi də olub. Əməliyyat tədbirləri qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb. Daha sonra müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə xüsusi qaydalara riayət edilməklə raket kompleksi zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
14:40
1783
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1715
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2332
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1282
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2089
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2189