Lənkəranda intensiv yağış bir sıra fəsadlar törədib
Oktyabrın 25-də günün ikinci yarısından başlayan güclü yağış nəticəsində Lənkəranda bir sıra yaşayış məntəqələrini sel basıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, ən ağır vəziyyət rayonun Şağlakücə kəndində müşahidə olunur. Kənd sakinlərinin bildirdiyinə görə, sel suları həyətlərə dolub, sakinlər evdən çıxa bilmirlər.
Rayonun Siyavar kəndində də oxşar vəziyyət yaranıb. Kəndin küçələri, 100-ə yaxın həyətyanı sahə su altında qalıb. Xeyli sayda ev quşu boğularaq tələf olub. Evlərdə çatlar əmələ gəlib.
Sel suları əkin sahələrini, taxıl zəmilərini də yuyub aparıb. Suyun törətdiyi fəsadların aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Hazırda inzibati və yerli özünüidarəetmə orqanlarının əməkdaşları rayonun kəndlərində araşdırma aparırlar.
Bölgədə yağıntılı hava şəraiti davam etməkdədir.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ