Bakıda yataqxanada yanğın baş verib
Bakıda yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Nizami rayonu Əlifi Hacıyev küçəsi 20 ünvanında yerləşən yataqxanada, Qubadlı rayon sakini Məmmədov Qurban İmran oğluna məxsus evdə qeydə alınıb: "Bizim evdən baş verib. Mən vanna otağında olarkən qonşuların qışqırığını eşitdim. Naqildən qısa qapanma olub. Heç nə götürə bilmədik".
Yanğın nəticəsində ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzil yanar konstruksiyaları və içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı binada olan 20-yə yaxın sakin təxliyə edilib.
FHN-Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov deyib ki, hadisə yerinə Nizami rayon Dövlət Yanğından Mühafizə Hissənin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər tərəfindən qonşu mənzillər mühafizə olunub və yanğının söndürülməsi zamanı xəsarət alan olmayıb. Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin təhqiqat qrupu araşdırma aparır. Yanğının səbəbləri aparılan araşdırma zamanı məlum olacaq.
Hadisə yerinə çağırılan təcili tibbi yardım heyətindən bildirilib ki, tüstüdən zəhərlənən bir nəfərə hadisə yerində tibbi yardım göstərilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb