Qeyri-sabit və yağışlı hava şəraiti davam edəcək
Yaxın 2-3 gün ərzində Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.
Yaxın 2-3 gün ərzində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Oktyabrın 28-də gecəyə doğru və oktyabrın 29-da yarımadanın bəzi yerlərində yağış yağacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Azərbaycanın bölgələrində isə bəzi yerlərdə duman olacağı, əsasən şimal və şərq rayonlarında yağıntı olacağı gözlənilir.
Havanın temperaturu Bakı və Abşeron yarımadasında günorta saatlarında 12-15 dərəcə isti, Aran rayonlarında 10-15 dərəcə isti, dalıq rayonlarda isə 5-10 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb