Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub
Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini Kamil Şiriyevin evi və həyatyanı sahəsi selə məruz qalıb. Suyun səviyyəsinin getdikcə qalxdığını görən Kamil Şiriyev Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə zəng vuraraq ona kömək göstərilməsini xahiş edib. Hadisə yerinə dərhal FHN-nin Cənub Regional Mərkəzinin xüsusi riskli xilasediciləri cəlb olunub. Kamil Şiriyevi təhlükəli zonadan uzaqlaşdırmaq üçün qayıqdan istifadə edilib.
Hazırda sözü gedən ərazidə suyun hündürlüyü təhlükəli həddə - 2-3 metrə çatıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1783
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1715
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2332
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1282
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2089
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2189