Salyanda ev yanıb, ana və iki uşağı çətinliklə xilas edilib
Salyan rayonunda 10 ilə tikilən və 1 otağı hələ də yarımçıq qalan yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. APA TV-nin məlumatına görə, yanğın hadisəsi Salyan rayonunun Alçalı kəndində qeydə alınıb. 36 yaşlı Ramil Rəhimova məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Qonşular yanğını söndürməyə cəhd etsələr də, güclü külək alovun qarşısını almağa imkan verməyib. Ana və iki uşağı evi çətinliklə tərk edib.
Alovun təsirindən evdə olan maye qaz balonunun partlayıb, nəticədə yanğının əhatə dairəsi daha da genişlənib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Salyan yanğından mühafizə hissəsinə məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğını söndürmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb