Şadlıq sarayında qonağın telefonunu oğurlayan ofisiant tutulub
Nizami RPİ 24-cü polis bölməsinin əməkdaşları oğurluqda təqsirli bilinən Ağsu rayon sakini, 1992-ci il təvəllüdlü Abbasov Sadiq Sadığ oğlunu saxlayıblar. APA TV-nin xəbərinə görə, onun saxlanmasına səbəb Bəşirzadə Ayan Rüstəm qızının polisə müraciəti olub. Müraciətdə bildirilib ki, Bakıdakı şadlıq saraylarının birində toy mərasimində telefonu oğrlanıb.
İstintaqla müəyyən edilib ki, Abbasov 2 gün əvvəl restorana ofisant kimi işə düzəlib. Oğurluğu törədəndən sonra özünü narahat hiss etdiyini deyərək, restorandan ayrılıb: "Diskoteka gedirdi, telefonu masada gördüm, götürdüm".
Abşeron RPİ-nin əməkdaşları isə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Biləcəri qəsəbə sakini Mustafayev İsrafil Vaqif oğlunu həbs ediblər. 2 ildən çoxdur, narkotik istifadə edən Vaqıf saxlanılmasının səbəbini belə izah edib: "Tanımadığım bir şəxsdən öz istifadəm ücün almışam. Yasamalda görüşdük, 150 manat verib götürdüm".
Hər iki faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb