Rayonlara qar yağacaq
Bakı və Abşeron yarımadasında oktyabrın 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, güclü şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. Havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1787
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1719
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2336
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1282
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2091
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2189