Gəncədə yataqxana yandı, sakinlər təxliyə edildilər
Gəncədə axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA TV-nin məlumatıan görə, Gəncə-Şəmkir magistral avtomobil yolunun 1-ci km-də, Heydər Əliyev mərkəzinin qarşısında yerləşən 5 mərtəbəli yataqxanada baş verib. Məlumata görə, yanğın binanın dam örtüyünü tamamilə və üst mərtəbəsini qismən əhatə edib.
Yanğının söndürülməsinə FHN-nin Gəncə şəhər və Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissələrinin 10-dək yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb. Eyni zamanda alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
FHN Gəncədə yataqxanada baş vermiş güclü yanğınla bağlı məlumat yayıb. Məlumata görə, yanğın ümumi sahəsi 1040 kv.m olan beşmərtəbəli inzibati binada baş verib. Nəticədə binanın dam örtüyünün 850 kv.m-i yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb