Bakıda qəza törədən sürücülər dalaşdı: 3 yaralı
Bakının Nərimanov rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza zamanı Xeyrulla İbadovun idarə etdiyi "Opel"lə Taleh Orucovun idarə etdiyi "VAZ 2106" toqquşub. Qəza zamanı "Opel"in sürücüsü və "VAZ 2106" da olan iki sərnişin xəsarət alıb. Qəzadan sonra sürücülər arasında mübahisə düşüb. Taleh Orucov dəmir alətlə Xeyrulla İbadovun boğaz nahiyəsinə vuraraq, onu yaralayıb. Yaralılar təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəsatəxanasına çatdırılıblar.
Xəstəxanaya sərxoş halda gələn Taleh Orucov isə deyilənlərlə razılaşmayıb. Sərxoş olduğunu boynuna alan Xeyrulla İbadovun sözlərinə görə, qəzadan sonra heç nədən xəbəri olmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb