Yasamalda zəncirvari qəza olub
Bakının Yasamal rayonunda qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Şərifzadə -163 ünvanında qeydə alınıb. Hələlik sürücüsü məlum olmayan "Mitsubishi" markalı minik maşını işıqforun qırmızı işığında dönmək istəyən "Mercedes"i, daha sonra isə "Volkswagen"i vurub. Baş verən qəzada xəsarət alan olmasa da, hər 3 avtomobilə ziyan dəyib. Qəzadan sonra sürücülər arasında mübahisə yaranıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəliblər. İlkin ehtimallara görə, qəzanın baş verməsinə "Mercedes"in sürücüsü səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1787
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1719
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2336
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1282
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2090
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2189