Gəncə sakini bədbəxt hadisə nəticəsində ölüb
Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Həsənov Vilayət Qənbər oğlu darvazanın aşması nəticəsində ölüb. Məlumata görə, ev tikintisi üçün əraziyə sement gətirən “ZİL” markalı yük avtomobili geriyə hərəkət edərkən darvazaya dəyib və dəmir qapı ətraf mişar daşları ilə birlikdə yaxınlıqda olan V. Həsənovun üzərinə düşüb. Onu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
14:40
1797
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1729
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2345
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1285
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2093
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2191