Ukrayna blokpostuna hücum: 4 hərbçi yaralandı
Ukraynada gərginlik davam edir. APA TV-nin məlumatına görə, separatçılar antiterror qüvvələrinin Debalçevo rayonunda yerləşən blokpostuna hücum ediblər. Hücum postdan nəqliyyat vasitələrinin keçidinin planlı yoxlaması zamanı baş verib. Minaatanlardan açılan atəş nəticəsində antiterror qüvvələrinin dörd hərbçisi yaralanıb. Gün ərzində həmin blokpostun ələ keçirilməsi üçün bir neçə hücum cəhdi olsa da, separatçıların hücumunun qarşısı alınıb.
Ukraynanın ədliyyə naziri Pavel Petrenko bəyan edib ki, parlament seçkilərindən sonra qurulacaq yeni hökumətin əsas vəzifəsi Krımı Ukraynanın tərkibinə qaytarmaq olacaq. O, Krım ərazisində Ukrayna vətəndaşlarının sosial hüquqlarının müdafiə olunması üçün sistemli iş aparılacağını deyib.
Ukrayna Nazirlər Kabineti isə Donetsk vilayətində antiterror əməliyyatları zamanı dağılmış infrastrukturun bərpası istiqamətində işlərə başlayıb. Donbas regionunun su təchizatının bərpası üçün büdcədən 50 milyon qrivna ayrılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb