Hava sabahdan kəskin soyuyacaq
Sabah axşamdan Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişəcək, havanın temperaturu 10-12 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, oktyabrın 25-i axşamdan, 26-da isə gün ərzində Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Oktyabrın 25-i gecəyə doğru və 26-da yağış yağacağı gözlənilir. Oktyabrın 25-dən 26-na keçən gecə küləyin sürətinin artacağı ehtimal edilir. Havanın temperaturu oktyabrın 26-da və 27-də gündüz saatlarında 8-12 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində isə oktyabrın 25-i günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aran rayonlarında havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 1-6 dərəcə isti olacaq.
Bu gün ölkə ərazisində havanın temperaturunun 17-22 dərəcə isti olacağı gözlənilirsə, artıq oktyabrın 27-də temperatur 8-12 dərəcəyə düşəcək. Buna əsasən də havanın temperaturu bu günlərlə müqayisədə 10-12 dərəcə düşəcək.
Ölkə ərazisində qeyri-sabit hava şəraiti yaxın 3 gün ərzində - oktyabrın 25-i axşam, 26-sı və 27-də davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb