Bakıda keçiddən istifadə etməyən piyadanı maşın vurub öldürdü
Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Heydər Əliyev prostekti ilə Keşlə qəsəbəsi istiqamətində hərəkətdə olan "Hyundai" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Təxminən 40-45 yaşlı piyada hadisə yerində ölüb. Sərxoş olduğu bildirilən piyadanın üzərindən heç bir sənəd tapılmayıb. Adı açıqlanmayan sürücü isə Nərimanov Rayon Polis İdarəsinə aparılıb.
Qeyd edək ki, hadisə yerindən bir qədər aralıda yeraltı piyada keçidi olsa da, piyada yolu keçmək üçün keçiddən istifadə etməyib.
Faktla əlaqədar Nərimanov Rayon Polis idarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
17:46
509
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
423
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
799
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
638
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1562
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1692