Qusarda iki qardaş bıçaqlandı
Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, rayonun Qayakənd kəndində münaqişə zəmnində kənd sakini Xair Dərvişov həmkəndliləri 1984-cü il təvəllüdlü Qərib Qərivov və onun qardaşı, 1991-ci il təvəllüdlü Fazil Qəribova bıçaqla xəsarət yetirib. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi rayon xəstəxanasına yerləşdirən qardaşlardan Qərib Qəribovun xəsarətləri yüngül olduğundan ambulator müayinədən sonra evə buraxılıb. Digər qardaşın vəziyyəti ağır olduğu üçün o tibb müəssisəsinin reanimasya şöbəsinə yerləşdirilib.
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xair Dərvişov tutulub.
OXŞAR XƏBƏRLƏR
14:40
1797
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1729
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2345
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1285
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2093
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2191