Bakıda "VAZ 2109" "VAZ 2107" ilə toqquşub
Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Nobel prospektində qeydə alınıb. Qəza zamanı "10 KH 908" dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomobillə "10 DP 802" nömrə-nişanlı "VAZ 2107" toqquşub. Nəticədə "VAZ 2109"un sürücüsü, 1990-cı il təvəllüdlü Murtuza Tağıyev xəsarət alıb. Yaralı ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Qəza zamanı hər iki maşın yararsız hala düşüb. Hadisə yerinə gələn Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşlarının verdiyi məlumata görə, qəzaya kimin səbəb olduğu təhlükəsiz şəhər kamerasına baxıldıqdan sonra müəyyən olunacaq.
Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ