Binəqədidə sərxoş taksi sürücüsü qəza törədib
Binəqədidə sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsində "VAZ 2107" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Cəlilabad rayon sakini Murtəza Həsənov sərt döngədə idarəetməni itirib. Nəticədə "VAZ 2107" yol kənarında dayanan "MAN" markalı yük maşınına çırpılıb.
Minik avtomobilində olan sürücü və iki sərnişin ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə polis əməkdaşları gəlib. Taksi fəaliyyəti ilə məşqul olan Murtəza Həsənov və sərnişinlərinin sərxoş olduğu bildirilib. Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
483
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
408
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
780
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
632
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1560
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1688