Azərbaycanda yay vaxtı ləğv edilir
Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 26 oktyabr 2014-cü il tarixində saat 5:00-da respublika ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli Qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.
Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
OXŞAR XƏBƏRLƏR
14:40
1801
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1733
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2349
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1285
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2093
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2191