Sabah Bakıda hava küləkli olacaq
Oktyabrın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
14:40
1802
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1734
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2351
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1285
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2093
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2191