BQXK-dən "Kəlbəcər girovları"nın məhkəməsi ilə bağlı açıqlama
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılarla bağlı sorğunu cavablandırıb.
Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK Dağlıq Qarabağda saxlanılan azərbaycanlılarla bağlı keçiriləcək məhkəmə prosesi barədə məlumatlıdır: “Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq həmin şəxslərə baş çəkir və onların ailələri ilə əlaqə saxlamasına şərait yaradır. Beynəlxalq humanitar hüququn bir hissəsi olan Cenevrə konvensiyalarına görə, saxlanılan şəxslərə humanist münasibət və uyğun saxlanma şəraiti olmalıdır. Beynəlxalq humanitar hüquq müdafiə olunan şəxslərin məhkəmə prosesi ilə üzləşməsinin qarşısını almır. Həmçinin beynəlxalq humanitar hüquq hər zaman məhkəmə ilə bağlı hüquqi təminatlara riayət olunmasını tələb edir”.
İ. Hüseynova qeyd edib ki, məhkəmə prosesi barədə BQXK heç bir şərh vermir.
Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.
Erməni mətbuatı Dilqəm Əsgərov və Şahbaz Quliyevin oktyabrın 27-də Xankəndində məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ