Ağdaşda qətl törədib Rusiyaya qaçmaq istəyən gənc yaxalandı
Ağdaş rayonunda qətl törədilib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə oktyabrın 20-də Ağdaşın Qarağan Şıxlar kəndində qeydə alınıb.
Rusiya Federasiyasının vətəndaşı, 1991-ci il təvəllüdlü Əşrəfli Ərəstun Fizuli oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü Ömərov İsgəndər Qalib oğlunu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan İsgəndər Ömərovu küçənin ortasında yaralı vəziyyətdə qoyaraq Rusiyaya qaçmaq üçün Bakıya gedən Ərəstun Əşrəfli polis əməkdaşları tərəfindən isti izlərlə tutularaq Ağdaşa gətirilib və istintaqa təhvil verilib.
İ. Ömərov ağır vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və orada ölüb. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil. Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ