Hacıqabul xəstəxanasında qətl: ər tibb bacısı olan arvadını öldürdü
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ər arvadını bıçaqla qətlə yetirib. Rayon prokurorluğundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə xəstəxananın foyesində olub. Hacıqabul sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İslam Əhmədov həyat yoldaşı, 51 yaşlı Bacıxanım Əhmədovanı 4 bıçaq zərbəsi ilə qətlə yetirib.
Hacıqabul rayon Prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikov deyib ki, İslam Əhmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, xəstəxanada baş tibb bacısı işləyən Bacıxanım Əhmədovaya çox saylı bıçaq xəsarəti yetirərək, qəsdən öldürüb. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Bacıxanım Əhmədova ürək aortasının kəsilmiş yarası, döş qəfəsinin arxa hissəsindən, sol qoltuğunun altından və bazu nahiyəsindən aldığı bıçaq yaralarından hadisə yerində ölüb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Bacıxanım Əhmədovanın iş yoldaşları bildirib ki, onun həyat yoldaşı tüfeyli həyat tərzi yaşayıb. Bu səbəbdən Bacıxanım Əhmədova məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Ehtimal olunur ki, qətl də elə bu zəmində baş verib.
Qətli törədən İslam Əhmədov saxlanılıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ