Ağdamda əkin sahəsində kişi meyiti tapılıb
Ağdamın Eyvazlı kəndi yaxınlığında kişi meyiti tapılıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə yerinə gələn Ağdam Rayon Prokurorluğunun əməkdaşları ölü vəziyyətdə tapılmış şəxsin kimliyini müəyyən ediblər. Məlum olub ki, Quzanlı-Qaradağlı yolunun kənarında əkin sahəsində meyiti aşkarlanan şəxs Ağdam rayonu Kəlbəhüseynli kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Adil Sabir oğludur. Onun spirtli içki aludəçisi olduğu bildirlir. Müstəntiqin bildirdiyinə görə, meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Hadisə yerinə gələn qohumları sonuncu dəfə A. Aslanovu dünən axşam saatlarında gördüklərini bildiriblər. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1872
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1803
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2420
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1288
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2098
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2194