"VAZ 21015" "KamAZ"a çırpıldı, 2 nəfər yaralandı
Cəlilabadda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt Astara magistiralının 143-cü kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Mollaoba kənd sakini, 1974-cü il təvəllüdlü Əlişir Nurəli oğlu Nurəliyevin idarə etdiyi “VAZ- 21015” markalı, 90 BK 365 dövlət nömrə nişanlı minik avtomobili Bakı şəhərinin Qaradag rayon sakini, 1954-cü il təvəllüdlü Sadiq Əmirəhməd oglu Fərhadovun idarə etdiyi mişar daşi ilə dolu “KamAZ” markalı, 10 BL 799 dövlət nömrə nişanlı yük maşınının arxa hissəsinə çırpılıb. Güclü zərbədən müxtəlif dərəcəli bədən xəsarətləri almış “VAZ-21015”-in sürücüsü ilə sərnişini, İmişli rayonunun Mersəlli kənd sakini, 1981-ci il təvəllüdlü Sevda Əlikram qızı Ağayeva Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb