Hacıqabulda elektrik xətti maşının üstünə düşdü, ər-arvad öldü
Hacıqabul rayonunda ər-arvad bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin məlumatına görə, Pirsaat qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq, "VAZ 2106" markalı avtomobilin üstünə düşüb. Avtomobilin sürücüsü, 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu avtomobildən düşüb naqili kənara çəkərkən, cərəyan onu vurub öldürüb. Cərəyan sürücünün maşında olan həyat yoldaşı, 1960-cı il təvəllüdlü Seyranə Əli qızı Abdullayevanı da vurub və avtomobildə yanğın başlayıb. Nəticədə qadın avtomobildə yanaraq ölüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsönsürənləri yanğını söndürüblər və ərazidə təhlükəsizlik tədbirləri görüblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparıblar.
OXŞAR XƏBƏRLƏR
14:40
1882
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1813
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2430
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1292
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2100
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2197