Xaçmazda meşədən naməlum kişi meyiti tapılıb
Xaçmaz rayonu, Ləcət kəndi yaxınlığında yerləşən meşə massivindən kişi meyiti tapılıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, naməlum şəxsin 20-25 yaşlarında olduğu ehtimal olunur. Meyitə baxış zamanı sağ çiynində və əlində döymə üsulu ilə "Adik" yazıldığı, sol çiynində isə tac işarəsi təsvir olunub. Meyiti ətrafda yaşayan sakinlər tapıb. Bu zaman onun üzərində geyim olmadığı, yalnız kişi corablarının olduğu bildirilir. Aşkar olunan şəxsin boyu 168 sm-dir.
Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün müvafiq axtarış əməliyyat tədbirləri aparılır.
Bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Xaçmaz rayon Polis Şöbəsinə (023) 325 53 56 nömrəsinə məlumat vermələri xahiş olunur.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
14:40
1882
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1813
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2430
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1292
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2100
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2197