Türkiyədə Rza Zərrab və nazir övladlarının cinayət işinə xitam verildi
Türkiyədə iş adamı Rza Zərrab və keçmiş nazirlərin övladları ilə bağlı cinayət işinə xitam verilib.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu iş adamı Rza Zərrab (Sərraf), keçmiş nazirlər Müəmmər Gülər və Zəfər Çağlayanın oğulları Barış Gülər və Salih Kaan Çağlayan, “Halkbank”ın sabiq baş müdiri Süleyman Aslanın da aralarında olduğu 53 nəfər haqqında cinayət işinə xitam verib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, 17 dekabr 2013-cü il tarixində başlayan və Türkiyədə böyük qalmaqala səbəb olan cinayət işinin istintaqını aparan prokuror Əkrəm Aydınər cinayət işinin qeyri-qanuni açıldığını və iş üzrə dəlillərin qanunsuz şəkildə toplandığını səbəb göstərərək işə xitam verilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, indiki prezident, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan bu cinayət işini Fətullah Gülənin rəhbərlik etdiyi “nurçu” şəbəkənin hökuməti devirmək cəhdi kimi qiymətləndirmişdi. Bu hadisədən sonra çoxlu sayda “nurçu” olduqları bildirilən polis, prokuror və hakim hüquq-mühafizə sistemindən uzaqlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ