Sumqayıtda axtarışda olan keçmiş məhkum yaxalandı
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları İlyasov Zöhrab Şərafəddin oğlunu yaxalayıblar. Şəhər sakini Zöhrab İlyasov talama məqsədi olmadan avtomobil qaçırma və soyuq silahla bədənə xəsarət yetirmə maddələri ilə təqsirləndirilir. APA TV-nin xəbərinə görə, barəsində bir il əvvəl axtarış elan olunan saxlanılan şəxs sonda yaxalanıb. O, dostunun qardaşını qız davasına görə bıçaqlayıb.
Hadisə Corat bağlarında baş verib. 2 bıçaq xəsarəti alan Miralxas Nağıyev xəstəxanaya çatdırılıb. Zöhrab İlyasov isə qaçıb gizlənib: "Gəzdim Azərbaycanın bölgələrini , hara gəldi, getdim".
Faktla bağlı cinayət işi başlanıb. Əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə məhkum olunan Zöhrab İlyasovun digər cinayətlərdə iştirak edib-etmədiyi dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb