İranın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir
APA TV-nın məlumatına görə, nümayəndə heyəti bu gün “APA Holding”də olub, qurumun rəhbəri Vüsalə Mahirqızı ilə görüşüblər.
Görüşdə qonaqlara “APA Holding”in strukturu, media qurumlarının fəaliyyəti, iş prinsipləri barədə məlumat verilib. Qonaqların suallarını cavablandıran V.Mahirqızı Azərbaycanda medianın mövcud durumu, inkişaf tendensiyaları barədə danışıb, Azərbaycan və İran media qurumları arasında əməkdaşlıq perspektivlərinin araşdırılmasının vacibliyini önə çəkib.
Qonaqlar “APA Holding”ə daxil olan media qurumlarının fəaliyyətinin İranda da maraqla izlənildiyini deyib, bu qurumların ölkənin daxilində və xaricində ictimai rəy formalaşdırmaqdakı əhəmiyyətindən danışıblar.
Daha sonra iranlı jurnalistlər holdinqə daxil olan media qurumlarının işi ilə tanış olub, şirkətdə çalışan tanınmış yazarlarla söhbət ediblər.
Görüşdə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmməd Ayətullahi və səfirliyinin media üzrə eksperti Morteza Lotfi də iştirak ediblər.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ