Lənkəranda mina həyəcanı yaşanıb
Lənkəranda yenidən mina həyəcanı yaşanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 17-də qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd mühafizə naryadı Xəzər dənizinin Lənkəran sahil zolağında xidməti vəzifəsini yerinə yetirərkən biri-birindən aralı üç ədəd tank əleyhinə mina aşkarlayıb. Tapıntı barədə aidiyyatı qurumlara məlumat verilib. Əraziyə təcili tibbi yardım briqadası, Lənkəran rayonunun hüquq mühafizə orqanlarının, DSX-nin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Mina aşkarlanmış ərazi nəzarətə götürülüb, müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hər üç mina tapıldığı yerdən götürülərək, 300 metr məsafəyə aparılıb. Xüsusi tədbirlərdən sonra minalar zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
14:40
1885
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1816
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2433
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1292
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2101
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2197