Havalar kəskin soyuyacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda havanın dəyişəcəyi barədə xəbərdarlıq edib. APA TV-nin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, axşama doğru isə daha da kəskinləşəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq və axşam daha da şiddətlənəcək. Güclü küləkli hava şəraiti oktyabrın 20-si gündüzədək davam edəcək. Arabir yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur. Havanın temperaturunun oktyabrın 19-u günün birinci yarısında 20-25 dərəcə isti təşkil edəcəyi, axşam saatlarından başlayaraq kəskin, 10-12 dərəcə aşağı düşəcəyi, oktyabrın 20-də isə gecə və gündüz saatlarında 10-14 dərəcə isti olacağı gözlənilir. Respublikanın rayonlarında isə oktyabrın 19-da şimal və qərb bölgələrindən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı gözlənilir. Oktyabrın 19-dan 20-si gündüzədək güclü qərb küləyi əsəcək. Havanın temperaturu oktyabrın 19-u axşamdan başlayaraq oktyabrın 20-də ötən günlərlə müqayisədə 8-12 dərəcə aşağı düşəcək.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb