Mövqelərimiz atəşə tutulub
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, eməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR
14:40
1948
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1879
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2496
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1295
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2200