Maştağada "Mercedes" piyadanı vurub öldürdü
Sabunçu rayonunun Maştağa qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə qəsəbənin Xanlar küçəsində qeydə alınıb. Nizami Ramiz Oğlu Quliyevin idarə etdiyi və Buzovnadan Maştağa istiqamətində hərəkətdə olan "Mercedes" markalı minik avtomobilin qarşısına qəflətən 2 piyada çıxıb. O, piyadalardan birini vurub.
Hələlik şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar, hadisə yerinə baxış keçirilib. Meyit isə müayinə olunması üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə göndərilib. Qəzanı törədən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Sürücü Nizami Quliyev izahatının alınması üçün rayon polis idarəsinə dəvət olunub. Faktla bağlı cinayət işi başlanıb. Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb