Silahlı Qüvvələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılır
Müdafiə nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır. APA TV-nin nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq, keçirilən yoxlama zamanı şəxsi heyətin və döyüş texnikasının vəziyyətinə, o cümlədən Silahlı Qüvvələrin qarşısında duran döyüş tapşırıqlarının yerinə yetirilməsinə diqqət yönəldiləcək.
Plana əsasən şəxsi heyətin, döyüş və avtomobil texnikasının, silah və sursatın, maddi-texniki təminat vasitələrinin yerdəyişməsinə hazırlıq, uzaq məsafəyə marş imkanları, hərtərəfli təminatı, sutkanın müxtəlif vaxtlarında və real iqlim şəraitində kolonlarla hərəkətdə qarşılıqlı əlaqə və idarəetmə bacarıqları, təyin olunmuş rayonlarda gizli yerləşmə, növbəti döyüş tapşırığının yerinə yetirilməsi üçün tam hazırlıq vəziyyətində olma imkanları yoxlanılacaq.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ