Oğuzda avtomobil ağaca çırpıldı, sürücü öldü
Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə rayon mərkəzindən Bayan kəndinə gedən yolda qeydə alınıb. Rayonun Dəymədağlı kənd sakini, 1989-cu il təvəllüdlü Arzu Hüseynov idarə etdiyi “Changan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Baş vermiş qəza nəticəsində Arzu Hüseynov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1948
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1879
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2496
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1295
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2200