Azərbaycan prezidentinin Tacikistana rəsmi səfəri başlayıb
Azərbaycan prezidentinin Tacikistana rəsmi səfəri başlayıb. Prezident İlham Əliyevin oktyabrın 16-da Düşənbədəki Millət Sarayında rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Azərbaycanın və Tacikistanın dövlət himnləri səslənib. Azərbaycan prezidenti Tacikistan əsgərlərini salamlayıb. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri Emoməli Rəhmona, Tacikistan dövlət və hökumət nümayəndələri isə Azərbaycan dövlət başçısına təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb