Balakəndə 82 yaşlı sürücü idarə etdiyi maşınla piyadanı vurub
Balakəndə 82 yaşlı sürücü idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən piyadanı vurub. APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 150-ci kilometrliyində, Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib. 1932-ci il təvəllüdlü, Balakən rayonu Kortala kənd sakini Məhəmməd Əhməd oğlu Eminov idarə etdiyi “VAZ 2106” markalı avtomobili ilə Balakən rayonu Katex kənd sakini, 1959-cu il təvəllüdlü, Elmihəyat Nurmöhmə qızı Baydarovanın vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 55 yaşlı qadın Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1948
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1879
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2496
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1295
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2200