Ukraynada döyüşlər yenidən qızışdı
Ukraynanın şərqində yenidən qızğın döyüşlər başlayıb. APA TV-nin məlumatına görə, bu haqda antiterror əməliyyatı mərkəzinin mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, ordu qüvvələri Luqansk vilayətində Smeloe məntəqəsində separatçıları blokadaya alıb. Bu zaman qızğın döyüşlər gedib. Separatçılara ağır zərbə vurulub. Smeloe məntəqəsində yerləşdirilmiş blokpostda vəziyyət daim dəyişir. Blokpostun şəxsi heyəti antiterror mərkəzinin digər qüvvələri ilə birgə separatçıları məhv edib.
Ukrayna hərbi qulluqçularının təhlükəsizliyin təmin olunması məqsədi ilə blokpostun yerləşdiryi əraziyə əlavə hərbi texnika və canlı qüvvə göndərilib. Separatçılar da Ukrayna hərbçilərinin mövqelərini atəşə tutub.
OXŞAR XƏBƏRLƏR
14:40
1948
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1879
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2496
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1295
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2200