Yasamalda mağazadan oğurluq edilib - REAL GÖRÜNTÜLƏR
Bakının Yasamal rayonunda geyim mağazasında oğurluq hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə "İnşaatçılar" metro stansiyasının yaxınlığında, geyim mağazalarının birində qeydə alınıb. Naməlum şəxs vətəndaş Namiq Bağırzadəyə məxsus kişi geyimləri mağazasında vitrində asılan və dəyəri 30 manat olan gödəkçəni oğurlayaraq qaçıb.
Oğurluq anı mağazanın təhlükəsizlik kameralarına düşüb.
Hadisə ilə bağlı, obyekt sahibi polisə məlumat verib. Olay yerinə gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırmalara başlayıblar. Hazırda oğrunun müəyyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1949
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1879
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2496
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1295
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2200