İŞİD indi də "halal" futbol çempionatı keçirir
İŞİD terrorçu təşkilatı "halal" futbol çempionatı keçirəcək. Terrorçular bu xəbəri "Aljafer" televiziya kanalı vasitəsi ilə yayıb. Çempionatın ayın sonunda Liviya torpaqlarında keçiriləcəyi bildirilir. "Çempionat Liviyanın Derna şəhərində keçiriləcək. Dəqiq tarixi təhlükəsizlik baxımından açıqlamırıq. Çempionata Əfqanıstan, İraq, Misir, Suriya və Liviyadan futbolçular qatılacaq. Oyunçuların çoxu İŞİD-ə qatılmadan öncə professional idmançı olub. Bizim futbol çempionatında oyunun qaydaları fərqli olacaq. Şəriət hökmlərinə sadiq yeni qaydalar olacaq".
ABŞ isə Vaşinqtonda koalisiya ölkələrinin müdafiə nazirləri ilə ordu komandanlarını toplayıb İŞİD-ə qarşı mübarizə yollarını müzakirə edir. Görüşdə ABŞ prezidenti Barak Obama İŞİD-lə mübarizənin uzun sürəcəyini deyib. APA TV-nin xəbərinə görə, Obama bildirib ki, məqsəd İŞİD-i yox etmək və bir daha bölgəni təhdid edə bilməyəcək hala gətirməkdir. Bundan başqa ABŞ-ın İŞİD-lə hərbi mübarizə çərçivəsində Ərəb ölkələrindən quru qoşunları üçün dəstək istədiyi iddia olunur. "Rudav"ın xəbərinə görə, ABŞ və koalisiya qüvvələri təşkilatın Suriyadakı mövqelərinə quru qoşunları ilə hücum etmək yollarını arayır.
Suriyanın Kobani şəhərində isə terrorçu təşkilata endirilən zərbələr nəticə verməyə başlayıb. Raqqa İnqilabçıları sahə komandiri Əbu Seyf şəhərdə İŞİD hücumlarının qarşısının alındığını bildirib. Onun sözlərinə görə, koalisiya qüvvələri ilk dəfə olaraq terrorçuların mövqeyini güclü şəkildə bombardman edib. Ötən gecə isə 27 hava hücumu həyata keçirilib. Əbu Seyf bildirib ki, bombardmandan sonra İŞİD bir daha hücum etməyib.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ