Bakıda özünü bəyin qohumu kimi tanıdan qadın toy iştirakçılarını soyub
Nizami rayonu ərazisində şadlıq saraylarında oğurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb. APA TV-nin xəbərinə görə, RPİ 24-cü polis bölməsinin əməkdaşları Nazilə Ələsgərovanın şikayəti əsasında Göycay rayon sakini, 26 yaşlı Rəhimova Vüsalə İlham qızını yaxalayıblar. O, Mikayıl Əliyev küçəsində yerləşən restoranlardan birinin qarşısında saxlanıb. Şübhəli oğurluq etdiyi restorandan çıxarkən tutulub.
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu əməlləri 4 yaşlı övladının yanında edib. O, toy mərasimi zamanı zala daxil olaraq, bəyin iş yoldaşı olduğunu bildirib.
Təhqiqətçı Mehbalı Rzayev deyib ki, qadının oradan oğurladığı çantada 300 manat pul və "Samsung" markalı telefon olub.
Kamera qarşısında danışmaq istəməyən Vüsalə Rəhimova əməlinə ehtiyacının olması ilə haqq qazandırmaq istəyib. İndiyədək iki fakt təsdiqlənsə də, polis onun digər cinayətlərdə iştrakını istisna etmir.
Bu şəxsi görüb tanıyanların və ya onun əməllərindən zərərçəkənlərin polisə müraciət etmələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ