Cəlilabadda nəhəng qartal tutulub
Cəlilabadda nəhəng qartal tutulub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kəndin üzərində səmada uçan bir neçə qartal bir-biri ilə dalaşıb, onlardan biri dəstədən ayrılaraq, kənd sakini Vahid Ağayevin həyətinə düşüb. Ev sahibi qartalı tutmaq istəyərkən yaralı vəhşi quş ona hücum edib və əlinə xəsarət yetirib. Qonşuların köməyi ilə qartalı tutaraq bağlayıblar: "Kənd üzərində fırlanan 8 qartal vardı. Uzuntəpə kənd ərazisində fırlanıb bir-biriləri ilə savaşdıqdan sonra qanadı sınıb".
Kənd sakinləri indiyədək bu cür qartalın yaxından uçduğunu görmədiklərini bilidiriblər. Onların sözlərinə görə, vəhşi heyvan əlaqədar təşkilatlara təhvil veriləcək.
OXŞAR XƏBƏRLƏR
17:46
430
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
377
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
744
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
628
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
14:24
1556
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ
18:00
1684