“Sovetski”də söküntünün iki mərhələsi üzrə inventarlaşdırma başa çatıb
"Sovetski kimi tanınan ərazidə ilk iki mərhələdə 3500 yaşayış və qeyri-yaşayış sahəsində ölçü və inventarlaşdırma işləri aparılıb. Mənzil və qeyri-yaşayış sahələrinin sahibi olan 2245 şəxslə razılaşma protokolu imzalanıb".
Bunu APA TV-yə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov bildirib. Onun sözlərinə görə, indiyə qədər 1652 mənzil və qeyri-yaşayış sahəsi sökülüb və söküntü işləri hələ də davam edir. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.
Köçürmə Komissiyasınınsədri deyib ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 501 saylı 12 dekabr tarixli 2013 sərəncamında nəzərdə tutulan bütün söküntü ərazisinə düşən yaşayış və qeyri-yaşayış sahələrində bütün mərhələlər üzrə ölçü və inventarlaşdırma işlərinin qısa müddətdə və keyfiyyətli aparılması üçün artıq 10 İşçi Qrup yaradılıb. İlkin mərhələlərdə 5 İşçi Qrup fəaliyyət göstəribsə, indi bu qrupların sayı 2 dəfə artırılıb. Bu İşçi qruplarının tərkibinə müstəqil ekspertlər, ölçü işlərini aparan layihəçilər, Maliyyə Nazirliyinin nümayəndələri, o cümlədən Yasamal Rayon İcra Hakimiyyəti və mənzil-kommunal istismar sahələrinin nümayəndələri daxildir.
4-5 ay ərzində bütün mərhələlər üzrə ölçü və inventarlaşdırma işlərini başa çatdırılacağını deyən Səməd İslamov bildirib ki, işçi Qrupları hər gün, hətta istirahət günləri də işləyərək göstərilən vaxtda bütün işləri yerinə yetməlidirlər.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ