Silahlı Qüvvələrdə KİV-lə işin təşkilinə dair Təlimat hazırlanıb
Azərbaycan müdafiə nazirinin qərarı ilə «Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat» hazırlanıb.
APA-nın məlumatına görə, bu barədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin «Azərbaycan Ordusu qəzetində yayımlanmış məqaləsində qeyd olunub.
Məqalədə bildirilib ki, prezident İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» sərəncamının icrası məqsədilə hazırlanmış təlimatda KİV nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb