Siyəzəndə 11 yaşlı oğlanın kanalda batdığı ehtimal olunur
Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində bir nəfərin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) xəbərinə görə, nazirliyin dalğıc-xilasediciləri həmin şəxsin axtarışına başlayıblar.
Kanalda batdığı ehtimal olunan şəxsin kimliyi artıq məlum olub. APA TV-nin bölgə müxbirinin verdiyi xəbərə görə, bu, 2003-cü il təvvəlüdlü Zahidov Elvin Famil oğludur. Göbələk yığmağa gedən Elvinin yanında başqa uşaqların da olduğu bildirilir. Elvin suya düşəndən sonra onlar ailəsinə xəbər verib.
İtən uşağın dayısı Oruc Zahidov bunları deyib: "Bacım zəng elədi, gəldim. Kanalın qırağına oynamağa gediblər. Üç nəfər olublar. Uşaqların dediyinə görə, su içmək istəyən Elvin kanala düşüb".
Axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1953
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1882
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2499
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1296
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2202