Gəncədə zəncirvari qəza olub
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, şəhər mərkəzində 3 avtomobil toqquşub. Hadisə şəhərin Heydər Əliyev Prospekti ilə Şeyx Bahəddin küçəsinin kəsişməsində qeydə alınıb. Gəncə sakini Taleh Fərəcov idarə etdiyi "Niva" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən Səfər Məmmədovun və Rafiq Həmzəyevin idarə etdikləri "Mercedes" markalı avtomobillərə çırpılıb. Xoşbəxtlikdən qəza nəticəsində ölən olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib. İlkin ehtimala görə, qəzaya "Niva"nın sürücüsun yol-hərəkəti qaydalarına əməl etməməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1953
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1882
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2499
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1296
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2202