Bakıda əyləci xarab olan avtomobil qəza törətdi
Gecə saatlarında Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, Azərbaycan prospektində qeydə alınan qəza zamanı iki minik maşını toqquşub."VAZ 2107" markalı minik maşını işıqforun qırmızı işığında dayanan zaman arxadan sürətlə gələn "Opel" markalı avtomobil zərblə onu çırpılıb. Nəticədə "VAZ-2107"-nin sürücüsü yüngül dərəcəli xəsarət alıb. Baş vermiş yol nəqliyyat hadisəsinin səbəblərini Yasamal RPİ-nin istintaqçıları araşdırır. "Opel"in sürücüsünün sözlərinə görə, hadisə avtomobilin əyləcində yaranmış nasazlıq səbəbindən meydana gəlib. O, işıqfora yaxınlaşan zaman avtomobilin sürətini azaltmaq istəsə də, buna nail ola bilməyib ara məsafəsinin azlığından toqquşma qaçılmaz olub.
OXŞAR XƏBƏRLƏR
14:40
1953
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1882
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2499
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1296
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2202