Hövsanda piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Bakının Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hələlik kimliyi bilinməyən sürücü idarə etdiyi avtomobillə yüksək surətlə hərəkətdə olarkən Hövsan qəsəbəsində yolu keçmək istəyən piyada, qəsəbə sakini, 32 yaşlı Vəfa Rzayevanı vurub. Piyadanı vurduqdan sonra sürücü maşınla birlikdə hadisə yerindən qaçıb. Yaralı Vəfa Rzayeva isə başqa maşınla 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat edilən yaralının həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinə məlumat verilib. Polis hadisəni törədib qaçan sürücünün müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
OXŞAR XƏBƏRLƏR
14:40
1953
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1882
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
2499
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1296
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2103
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2202