Bakıda 15 yaşlı oğlan valideynlərinin gözü qarşısında öldü
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yüksək sürətlə hərəkətdə olan avtomobil yolu keçmək istəyən 15 yaşlı Məhərrəm Əhmədlini vurub. Hadisə yerində olan azyaşlının valideyinləri dərhal təcili yardıma zəng ediblər. APA TV-nin xəbərinə görə, təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya aparılan Məhərrəm Əhmədli yolda dünyasını dəyişib.
Faciəli şəkildə ölən yeniyetmənin atasının sözlərinə görə, ailəsi ilə birlikdə evlərinə gedən zaman aptekdən dərman almaq üçün avtomobilini yol kənarında saxlayıb. Ata yolu keçib aptekə girmək istəyəndə 15 yaşlı Məhərrəm Əhmədli də onun arxası ilə gedib. O, yolu keçmək istəyərkən yüksək sürətlə hərəkət edən avtomobil onu vurub.
Sabunçu Rayon Polis Şöbəsinin əməkdaşları piyadanı vuran avtomobili və sürücünü axtarır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb